Vinir Diş


Vinir (bunlara "lamina vinir, laminat vener, dental veneer, laminey, lamine, lamina, винир" da deyilir) əsasən ön dişlərin görünən hissəsinə tətbiq olunan və incə lövhəciklər şəklində hazırlanır estetik diş bərpa növüdür. Hazırlanmasında məqsəd dişlərə mümkün olduğu qədər az zərər vermək və maksimal dərəcədə estetik nəticələr əldə etməkdir. Lamina vinirlər dişlərin həm formasında, həm ölçülərində, həm də rəngində əhəmiyyətli deyişmələr etməyə imkan verirlər. Beləcə dişlərə ən az müdaxilə edilərək, istənilən estetik nəticəni əldə etmək mümkün olur.
Klinikamızda vinir bərpaların hazırlanması American Dental Association Continuing Education Recognition Program (ADA CERP) əsasında həyata keçirilir. Bütün estetik müalicə metodikaları California Dental Association xüsusi proqramı və "UCLA/LACC Master Ceramist Program" (University of California, School of Dentistry) tədris proqramına əsaslanır.

2026 ildə vinir diş qiymətləri.

2026-cı ildə 1 ədəd press-keramika (e.max) vinir 600 AZN, tam farfor keramika (feldşpat) vinir isə 700 AZN-dır. Bundan daha ucuz, yanı keyfiyyətsiz, qeyriestetik və ümumiyyətlə müəyyən nöqsanları olan aşağı səviyyə vinir diş bərpaları bizim klinikada düzəldilmir.

Müəyyən ciddi nöqsanları və ümumiyyətlə keyfiyyətsiz və qeyri estetik olduğu üçün biz qətiyyən kompozit vinir etmirik. Biz ancaq press-keramika (e.max) və feldşpat (farfor) vinir bərpalar edirik. Klinikamızda kompozit vinirlar ancaq qısa müddətli müvəqqəti bərpalar kimi istifadə olunur.
dişlərin vinirlər

Biz ancaq öz İşlərimizi nümayiş etdiririk !

Nümunələr

Vinir növləri:

  • Kompozit vinirlər - ən sadə və ən ucuz vinir növü olub, əksər hallarda kifayət qədər yaxşı estetik nəticə vermədiyi və uzun müddətli istifadəsi olmadığı üçün, bizim klinikada əsasən müvəqqəti bərpalar kimi istifadə edilir.
  • Prefabrike (əvvəlcədən hazırlanmış) vinirlər - əslində kompozit vinirlərin bir növüdür. Vinirlər daha keyfiyyətli və daha estetik şəkildə müxtəlif rənglərdə və ölçülərdə əvvəlcədən hazırlanılır və həkim tərəfindən pasiyentin dişlərinə tədbiq olunur. Müalicə müddəti qısadır, amma istifadə oluna biləcək hallar məhtuddur.
  • Farfor (feldşpat) vinirlər - yüksək estetik nəticə və minimal incəlikdə estetik bərpalar etməyə imkan yaradır. Ən keyfiyyətli və ən bahalı vinir növüdür. Bu material bəzi hallarda dişlərin heç yonulmadan vinirlər ilə bərpa edilməsinə imkan yaradır.
  • Press-keramika vinirlər - ən çox istifadə olunan və həm kifayət qədər yüksək estetik nəticələr verən, həm də uzun müddətli və möhkəm bərpalar yaradmaqa imkan verən bərpa növüdür. Müxtəlif marka Litium Disilikat (LiSi2) materialından hazırlanan bu növ vinirlər klinikamızda ən çox tələbat olan estetik vinirlərin hazırlanmasında istifadə olunur.
  • Zirkon vinirlər - kifayət qədər möhkəm, amma estetik cəhətdən yaxşı nəticələr verməyən vinir növüdür. Digər vinir növlərinə görə daha qalın olmaları, şəffaf olmamaları və dişlərə yaxşı yapışmadıqları üçün bizim klinikada zirkon vinirlər tədbiq olunmur.
vinir qiymət

Vinirin dişə tədbiqi.

İstifadəyə göstərişlər:

Vinirlər adətən hər hansı kiçik güsuru olan dişlərə və kosmetik məqsədlə istifadə olunurlar.
  • Dişlərin formasını dəyişmək ehtiyacı olduğunda (çat, qırıq, sürtünmə, anormal forma v. sair);
  • Dişlərin rəngini dəyişmək ehtiyacı olduğunda (anadangəlmə və ya sonradan olan rəglənmələr, tatuaj və sair);
  • Diş cərgəsinin formasını dəyişmək ehtiyacı olduğunda (aralı dişlər, qısa dişlər, minimal dərəcədə əyri dişlər və sair).

İstifadəyə əksgöstərişlər:

Deformasiya və ya güsur böyük olduğu hallarda qapaqların (koronkaların) hazırlanması və ya ortodontik müalicə (breketlər və ya elaynerlar) daha yaxşı nəticə verir.
  • Dişlərdə böyük defektlər və ya plomblar varsa;
  • Patolojik qapanış - diş cərgələrində ciddi əyriliklər varsa;
  • Bruksizm (diş qıcama);
  • Bəzi pis vərdişlər (dırnaq yemək, tum çırtlamaq və sair);
  • Ağız gigiyenasının pis olması;
  • Dişətləri problemlərinin (qinqivit, paradantoz) olması;
  • Bəzi mədə-bağırsaq (qastrit, reflü və sair) problemlərinin olması;
  • 5 və ya daha çox arxa dişin olmaması.

İstifadə etdiyimiz vinir markaları:

Vinir bərpaların hazırlanmasının bütün mərhələlərində ancaq "Dental Advisor Top Award Winner" mükafatlı ən yüksək keyfiyyətli avadanlıq və materiallardan istifadə olunur.
  • - IPS E.max (Ivoclar Vivadent, Liechtenstein)
  • - ConceptPress (Zubler, Germany)
  • - Creation LS (Creation Willi Geller, Austria)
  • - Vintage Prime Press (Shofu Dental GmbH, Germany)

Vinir rəngləri:


Vinir bərpaların rəng palitrası genişdir və müasir laboratoriya imkanları sayəsində çox incə ton fərqləri belə əldə oluna bilir. Vinir diş rəngləri ümumilikdə təbii diş rənglərinə uyğun hazırlanmalıdır və məqsəd "süni ağ" deyil, həqiqi diş toxumasının görünüşünü təqlid etməkdir. Biz gündəlik həyatda ən real, ən "öz dişim kimi" görünən vinirlərə üstünlük veririk. Təbii ki pasiyentlər daha ağ gülüş istəyirlər, ancaq vinir dişlərin dizaynı və rəngi mütləq üz dərisi tonu, gözlərin rəngi və üzün ümumi estetikasına mütləq uyğunlaşdırılmalıdır. Yəni vinirların rəngləri seçimi "ən ağ hansıdır?" sualı ilə deyil, "ən uyğun hansıdır?" prinsipi ilə aparılmalıdır.
vinirlər
vinir emax diş

Hər hansı bir stomatolojı bərpanın istifadə müddəti ilk öncə pasiyentin gigiyenasından asılıdır. Ağız boşluğu gigiyenası yaxşı olduğu halda, pasiyent vinirləri diqqətli qoruduğu halda və mütəmadi stomatoloq nəzarətindən keçdiyi halda, vinirlərin istifadə müddəti 10-20 il ola bilər.

Противопоказаниями к использованию виниров являются:
  • наличие на зубе крупных дефектов или пломб
  • патологический прикус (чрезмерно кривой зубной ряд)
  • бруксизм (скрежет зубами)
  • некоторые вредные привычки (грызть ногти, курить трубку, грызть семечки и т.д.)
  • плохая гигиена полости рта
  • наличия проблем с дёснами (пародонтоз, пародонтит или гингивит)

İlkin vəziyyətdən asılı olaraq vinirlar 1-3 həftəyə hazırlanır. Amma bəzi hallarda dişlərin və dişətlərinin müalicəyə ehtiyacı ola bilər. Bunun üçün müalicənin tam müddətini dəqiqləşdirmək ancaq müayinə və rentqendən sonra mümkündür.

Qırılan hissə kiçik ölçüdədirsə və vinirin tutuculuğu ciddi təsir görməyibsə, o zaman bərpası mümkündür. Amma bu bərpa kompozit materialı ilə olduğu üçün estetik problemlər ola bilər. Bunun üçün də biz belə bərpaları müvəqqəti hesab edirik.
Əğər qırılma nəticəsində dişin öz toxumaları ortaya çıxıbsa və ya zədələnibsə, o zaman vinirin bərpa olunması mümkün deyil, yenidən düzəldilməlidir.

Dişdə xırda, əhəmiyyətsiz və ikincili kariyesa məruz qalmayan plomb varsa, həkim müayinə və rentgendən sonra uyğun görsə, vinir ilə bərpa edilə bilər. Amma dişdə böyük defekt və ya iri həcmli plomb varsa, bu halda vinirla bərpa etmək olmaz. Bu halda press-keramika qapaqlar tərcih edilməlidir.

Kompozit materialı plomb hazırlamaq üçün nəzərdə tutulub və məhz pomblama üçün istehsal edildiyi üçün fiziki xüsusiyyetləri ancaq bu məqsədə görə tərtib olunub. Ən keyfiyyətli kompozitlər belə, diş qapaqları və həqiqi vinirlar üçün nəzərdə tutulan materiallardan çox daha yumşaq, təzhiqə daha az davamlı və sürtünməyə müqaviməti az olan materiallardır. Ayrıca, kompozit materialları farfor və ya press-keramikadan daha az estetikdir və ön dişlərin təbii görünüşünü yaxşı bərpa edə bilmirər. Kompozit materialı həqiqi vinir materiallarına görə çox daha qısa istifadə müddətinə malikdirlər.
Bu səbəblərdən biz kompozit vinirləri ancaq qısa müddətli müvəqqəti bərpalar kimi istifadə edirik. Biz isə öz pasiyentlərimizə ancaq ən yaxşısını layiq görürük və "kompozit vinir" edərək onlara aşağı keyfiyyətli və problemli müalicələr təklif etmirik.

Mr. Dent - stomatoloji klinika.


Bakı şəhəri,
Adil İsgəndərov küçəsi 13a,

"AzNeft" meydanı yaxınlığı, SOCAR və Heydər Əliyev Fondunun arxası, "Funikulyor"-un yanı.
vinil
dişlərin