Diş ağardılma mərhələləri:

  • Birinci mərhələdə bütün dişlər ultrasəs cihazı vasitəsiylə diş daşı və ərpdən təmizlənilir, air-flow üsuluyla dişlərin arası və diş əti cibləri təmizlənilir, dişlər fırçalar və xüsusi parladıcı pastalarla cilalanır.
  • Daha sonra dişlər xüsusi ağardma gelləri vasitəsiylə ağardılır. Ağardılma həkim nəzarəti altında 20-40 dəqiqə arasında həyata keçirilir. Ehtiyac olduğu halda, bir necə gün sonra, ağardılma prosedurası təkrarlana bilər.
  • Dişlər xüsusi qoruyucu lak ilə örtülərək həssaslıqdan qorunur.
dis agartma qiymeti

Dişlərin ağardılması mərhələləri.

Göstərişlər və əksgöstərişlər:

Aşağıdakı nüanslara diqqət yetirmək mütləq vacibdir:
  • Ağartmanın yalnız faktiki olaraq sağlam, zədələnməmiş dişlər üzərində, yəni heç bir nöqsanı (kariyes, emal təbəqəsinin aşınması, qopuqlar, çatlar və sair) olmayan dişlərə tətbiq edilməsi tövsiyə olunur. Əgər dişlərdə plomb vardırsa, ağartma prosedurundan sonra onları dəyişdirmək məsləhət görülür. Əgər mövcud olan plomblarda nöqsanlar vardırsa və yaxud onlar qənaətbəxş səviyyədə deyilsə, o zaman ağartmanın tətbiq edilməsi ümumiyyətlə məsləhət deyil, çünki hiperhəssaslıq və pulpit (diş özəyinin iltihabı) əmələ gəlməsi riski çox böyükdür.
  • Paradontozun mövcudluğu da dişlərin ağardılması prosedurunun həyata keçirilməsi üçün əks göstəriş hesab edilir. Əgər qinqivit vardırsa, o zaman dişlərin ağardılmasına qədər tamamilə müalicə olunmalıdır.
  • Ağartma prosedurunun aparılmasından öncə mütləq dişlərin peşəkar təmizlənməsi (ultrasəs skelinq, hava ilə təmizləmə) həyata keçirilir, yəni diş daşları və bakterial təbəqə tamamilə kənarlaşdırılır.
  • Seanslar nə qədər çoxdursa, ağartma o qədər uzun və yavaş aparılır — əmələ gələn effekt daha uzundur və davamlı nəticə də daha çox müddətədir.
  • Dişlərin ağardılmasından sonra həssaslığın aradan qaldırılması və mənfi təsirlərin qarşısının alınması üçün bir neçə seans remineralizasiya həyata keçirmək lazımdır.
Klinikamızda dişlərin peşəkar ağardılmasının (bəyazladılmasının) bütün mərhələlərində ancaq "Dental Advisor Top Award Winner" mükafatlı ən yüksək keyfiyyətli avadanlıq və materiallardan istifadə olunur.