Son illərdə stomatologiyada ən böyük sıçrayışlardan biri metal-keramikadan zirkon əsaslı konstruksiyalara keçid oldu.
Doktor Fərid Zeynalov 2006-cı ildən başlayaraq Azərbaycanda dişləri zirkon qapaqlarla bərpa edən ilk stomatoloqdur və 2008-ci ildən bugünə qədər ancaq zirkon dişlər düzəldir. Yanı ümumi 26 illik iş stajının 20 ilini bu ixtisasa həsr edib. 2026-cı ildə isə zirkon dişlər artıq “premium alternativ” deyil, estetik və funksional baxımdan qızıl standart kimi qəbul edilir. Bunun əsas səbəbi zirkonun həm bioloji, həm mexaniki, həm də vizual üstünlüklərinin bir materialda birləşməsidir.
Zirkonium dioksid (ZrO₂) yüksək temperaturda sinterlənmiş, son dərəcə möhkəm və eyni zamanda işıq ötürmə qabiliyyətinə malik keramika materialıdır. Bu xüsusiyyətlər sayəsində zirkon dişlər təbii diş minasına çox yaxın görünüş yaradır. Xüsusilə ön diş zonasında metal karkasın yaratdığı boz kölgə problemi tamamilə aradan qalxır. Bu kimi
zirkon xüsusiyyətləri 2026-cı ildə pasiyentlərin daha şüurlu seçim etməsinə, uzunmüddətli nəticələrə fokuslanmasına səbəb olur. Təbii ki söhbət ancaq yüksək keyfiyyətli zirkon materiallarından gedir. Təəssüflər olsun ki, ucuz alternativlər həm estetik, həm də sağlıq nöqteyi-nəzərdən pis nəticələr verir.
Məhz buna görə
"zirkon diş qiymətləri" mövzusu təkcə rəqəmlərdən ibarət deyil. Bu qiymətlərin arxasında texnologiya, həkim təcrübəsi, laboratoriya keyfiyyəti və gələcək illərdə sizi gözləyən nəticə dayanır.
2026 ildə Bakıda zirkon diş qiymətləri.
2026-cı ildə
arxa dişlər üçün 1 ədəd zirkon qapaq 400 AZN-dır, ön dişlər üçün isə 450 AZN-dır. İmplant üzəri zirkon qapaqlar isə implant markasından (abatmentdən) asılı olaraq 600-800 AZN-dır. Bundan daha ucuz, yanı keyfiyyətsiz, qeyriestetik və ümumiyyətlə müəyyən nöqsanları olan aşağı səviyyə zirkon bərpalar bizim klinikada düzəldilmir.