Rəng seçimində diqqət ediləcək faktorlar.
Düzgün zirkon rəngi seçərkən aşağıdakı parametrlər mütləq nəzərə alınmalıdır:- Dodaq forması və tonu - incə dodaqları olan şəxslərdə dişlərin ön planda olması estetikaya təsir edir. Dodaq kənarları tünddürsə, dişin rəngi bir qədər parlaq seçilə bilər ki, ağız daxilində boğulmasın. Parlaq və ya çox açıq rəngli dodaqlar, dişləri daha ağ göstərə bilər. Dodaqların dişlərlə olan münasibəti (güləndə nə qədər diş görünür) də nəzərə alınmalıdır.
- Yaş faktoru - yaş artdıqca dişlərin minası incəlir və altındakı dentin qatı rəngi tündləşdirir. Gənc pasiyentlər üçün daha şəffaf və parlaq tonlar, yaşlı pasiyentlər üçün isə bir qədər dolğun, təbii tonlar seçmək daha məqsədəuyğundur. Yaşa uyğun olmayan seçimlər gülünc və yersiz görünə bilər.
- Mövcud dişlərin rəngi - məqsəd, zirkon dişlərin qonşu təbii dişlərlə rəng uyğunluğunu qorumaqdır. Çox vaxt, zirkon dişlər yalnız bir neçə dişə qoyulduğundan, onların arxada və ya yanlarda qalan öz dişlərinizlə eyni rəngdə olması çox vacibdir. Əks halda, fərq dərhal nəzərə çarpacaq. Ən yaxşı estetik nəticələr məhx insanın öz təbii dişlərinin rəngi seçildiyində olur.
- Dəri tonu - açıq dərili insanlarda çox ağ dişlər kəskin kontrast yarada bilər, bu da süni görünüş verir. Tünd və ya buğdayı dərili pasiyentlərdə isə dişlərin bir az daha açıq tonları daha canlı görünür. Yanlış seçim - məsələn, isti dəri tonuna sahib şəxsin çox soyuq ağ rəng seçməsi – gülüşü cansız və "xəstə" göstərə bilər.
- Şəxsi üslub və həyat tərzi - əgər çox ictimai bir şəxsiyyətsinizsə və parlaq, diqqət çəkən bir gülüş istəyirsinizsə, standart təbii rənglərdən bir az daha açıq bir çalarlı seçim edə bilərsiniz (lakin həddi aşmamaq şərtilə). Əksinə, daha təbii və sakit bir görünüş üstünlükdürsə, tamamilə öz diş rənginizə uyğun bir nüans seçmək daha yaxşıdır.
Zirkon diş rənglərinin seçim prosesi.
Zirkon qapaqların rəngini seçmək sadəcə bir palitraya baxıb "bu olsun" demək deyil. Bu, stomatoloqun peşəkarlığı və pasiyentin istəklərinin kəsişdiyi bir incəsənətdir.- İlkin konsultasiya və analiz - diş həkimi sizin ümumi sağlamlıq vəziyyətinizi, ağız hijyeninizi, mövcud dişlərinizin rəngini, formasını və vəziyyətini qiymətləndirir. Bu mərhələdə əsas məqsəd, sizin gözləntilərinizi, yaşam tərzinizi və estetik arzularınızı anlamaqdır. Bu mərhələdə laboratoriyaya daha düzgün məlumat göndərmək və nəticələrə nəzarət etmək üçün xüsusi fotolar edilir.
- Rəngin müəyyən edilməsi - pasiyentin ağız boşluğunda sağlam dişlər varsa, zirkon rəngi onlara uyğun seçilir. Bu, ən kritik mərhələdir. Rəng seçimi dünyada ən geniş yayılmış standart olan VITA Rəng Şkalası vasitəsiylə edilir. Burada rənglər A (qırmızımtıl-qəhvəyi), B (sarımtıl), C (boz) və D (qırmızımtıl-boz) qruplarına bölünür. Hər qrup daxilində isə rəngin parlaqlığını göstərən 1-dən 4-ə qədər rəqəmlər olur. Bu mərhələdə stomatoloqun təcrübəsi çox vacibdir.
- Yoxlama və final təsdiqi - zirkon konstruksiyalar hazır olduqdan sonra, onlar hələ dəimi yapışdırıcı ilə sabitlənməmişdən əvvəl, sınaq mərhələsi keçir. Bu mərhələdə diş həkimi zirkon qapaqları və ya körpüləri müvəqqəti olaraq yerləşdirir. Siz onları günün müxtəlif vaxtlarında və müxtəlif işıq şəraitində (təbii gün işığı, ofis işığı, ev işığı) güzgü qarşısında yoxlayaraq, rəngin və formasının təbii olub-olmadığına əmin ola bilərsiniz. Bu son fürsətdir və lazım gələrsə, kiçik düzəlişlər etmək olar.







